2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 2,250 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, bu göstərici sentyabrın 1-i ilə müqayisədə 113,1 milyon manat və ya 5,3%, 2024-cü ilin oktyabr ayının 1-i ilə müqayisədə isə 500 milyon manat və ya 28,6% artım göstərib.
Cari ilin sentyabrın 1-nə orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 2,137 milyard manat, 2024-cü ilin oktyabrın 1-nə isə 1,750 milyard manat təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin oktyabrın 1-nə Azərbaycan banklarının ümumi biznes kredit portfeli 15,545 milyard manat səviyyəsindədir ki, bu da sentyabr ayı ilə müqayisədə 452,8 milyon manat və ya 3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,1 milyard manat və ya 7,9% çoxdur.
Fuad Mədətov
Finss.az

