2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,256 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, bu göstərici sentyabrın 1-i ilə müqayisədə 221,7 milyon manat və ya 2,8%, 2024-cü ilin oktyabr ayının 1-i ilə müqayisədə isə 122,6 milyon manat və ya 1,5% artım göstərib.
Cari ilin sentyabrın 1-nə iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,035 milyard manat, 2024-cü ilin oktyabrın 1-nə isə 8,134 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, bu ilin oktyabrın 1-nə Azərbaycan banklarının ümumi biznes kredit portfeli 15,545 milyard manat səviyyəsinə çatıb ki, bu da sentyabr ayı ilə müqayisədə 452,8 milyon manat və ya 3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,1 milyard manat və ya 7,9% çoxdur.
Fuad Mədətov
Finss.az

