2025-ci ilin sentyabr ayı üzrə Azərbaycanda banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələrində əhəmiyyətli artım qeydə alınıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, keçən ilin eyni dövrü ilə müqayisədə bankomatların sayı 8,8%, POS-terminalların sayı isə 56,5% artıb.
Bu göstəricilər ölkədə nağdsız ödəniş infrastrukturunun genişləndiyini və vətəndaşlar üçün rəqəmsal xidmət imkanlarının artırıldığını göstərir.
Fuad Mədətov
Finss.az
