2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən banklar 910,7 milyon manat xalis mənfəət əldə edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% və ya 81,1 milyon manat çoxdur.
Eyni dövrdə bankların əməliyyat mənfəəti 1,373 milyard manat təşkil edib ki, bu da 8,3% artım deməkdir.
Hesabat dövründə banklar 214,5 milyon manat mənfəət vergisi ödəyiblər.
Fuad Mədətov
Finss.az
