Mərkəzi Bankın sədri Taleh Kazımov Gürcüstan Milli Bankı və Qlobal Maliyyə və Texnologiya Şəbəkəsinin (#GFTN) dəvəti ilə GFTN-Tbilisi Maliyyə Sammitində iştirak edib.
Finss.az xəbər verir ki, sədr Taleh Kazımov Sammit çərçivəsində keçirilən “Maliyyə xidmətləri və ödənişlərdə növbəti qlobal innovasiya dövrü” mövzusunda panel müzakirəsində çıxış edərək qlobal çağırışlar və imkanlar, eləcə də ölkəmizdə ödəniş sistemlərinin inkişafı, innovativ maliyyə həllərinin tətbiqi və gələcək perspektivlər barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, bu kimi beynəlxalq platformalar maliyyə texnologiyalarının gələcək inkişaf istiqamətlərinin müzakirəsi və qlobal əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


