Xarici valyuta bazarında vəziyyət stabilliyini qoruyur və burada ümumilikdə təklif tələbi üstələyir.
Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, son 7 ayda mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını üstələyib.
Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 1,8 faiz bəndi azalaraq sentyabrda 29%-ə enib. Bu isə məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir.
“Məzənnə sabitliyinin əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 9 ayında xarici ticarət balansının müsbət saldosu 1,8 milyard ABŞ dolları təşkil edib.
Pul baratları üzrə də xalis daxilolmaların müsbət dinamikası tədiyə balansının cari hesabının profisitli olmasını dəstəkləyir. Mərkəzi Bankın 2025-ci ilin sonuna cari hesab profisiti üzrə proqnozu yuxarı istiqamətdə dəyişdirilib, 2026-cı ilə dair proqnoz isə dəyişməz saxlanılıb”, – AMB-dən bildirilib.
Fuad Mədətov
Finss.az