BANK

22 Oktyabr

Mərkəzi Bank faiz dəhlizi ilə bağlı növbəti qərarı dekabrda açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumatı 2025-ci il dekabrın 10-da ictimaiyyətə təqdim edəcək.

Bu barədə Finss.az AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin növbəti parametrləri faktiki inflyasiyanın istiqaməti, eləcə də xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq müəyyən ediləcək.

“Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcək”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin son qərarına əsasən,

  • uçot dərəcəsi – 7%,
  • faiz dəhlizinin aşağı həddi – 6%,
  • faiz dəhlizinin yuxarı həddi – 8% səviyyəsində dəyişməz saxlanılıb.

Fuad Mədətov
Finss.az