2025-ci ilin 3-cü rübünün sonuna olan məlumatlara görə, Bank Avrasiya ASC-nin aktivləri 204 037 400 manat təşkil edib və illik 1,5% artım göstərib.
Finss.az bankın məlumatlarına əsasən xəbər verir ki, bankın kredit portfeli 133 861 min manat səviyyəsində olub və illik 1,7% azalma qeydə alınıb.
Xalis mənfəət isə 5 705 620 manat təşkil edib.
Bu göstəricilər bankın aktivlərinin müsbət dinamika göstərdiyini, kredit portfelində azalma müşahidə olunduğunu, mənfəətinin isə sabit qaldığını göstərir.
Fuad Mədətov
Finss.az