BANK

20 Oktyabr

Premium Bank-ın aktivləri və kredit portfeli artıb

2025-ci ilin 3-cü rübünün sonuna olan məlumatlara görə, Premium Bank ASC-nin aktivləri 659 615 000 manat təşkil edib və illik 2,9% artım göstərib.

Finss.az bankın məlumatlarına əsasən xəbər verir ki, bankın kredit portfeli 477 536 min manat səviyyəsində olub və illik 2,3% artım qeydə alınıb.

Xalis mənfəət isə 9 092 000 manat təşkil edib.

Bu göstəricilər Premium Bankın aktivlərinin və kredit portfelinin müsbət dinamika göstərdiyini, həmçinin mənfəətinin stabilliyini təsdiqləyir.

Fuad Mədətov
Finss.az