2025-ci ilin 3-cü rübünün sonuna olan məlumatlara görə, AccessBank QSC-nin aktivləri 1 619 588 000 manat təşkil edib və illik 9,0% artım göstərib.
Finss.az bankın məlumatlarına əsasən xəbər verir ki, bankın kredit portfeli 1 296 851 min manat səviyyəsində olub və illik 12,6% artım qeydə alınıb.
Xalis mənfəət isə 35 622 000 manat təşkil edib.
Bu göstəricilər AccessBank-ın aktivlərinin və kredit portfelinin müsbət dinamika göstərdiyini, həmçinin mənfəətinin sabit qaldığını təsdiqləyir.
Fuad Mədətov
Finss.az