2025-ci ilin 3-cü rübünün sonuna olan məlumatlara görə, Rabitəbank ASC-nin aktivləri 1 307 337 150 manat təşkil edib və illik 13,2% artım göstərib.
Finss.az bankın məlumatlarına əsasən xəbər verir ki, bankın kredit portfeli 953 150 min manat səviyyəsində olub və illik 12,4% artım qeydə alınıb.
Xalis mənfəət isə 13 249 040 manat təşkil edib.
Bu göstəricilər Rabitəbank ASC-nin aktivlərinin və kredit portfelinin müsbət dinamika göstərdiyini, həmçinin mənfəətinin sabit qaldığını təsdiqləyir.
Fuad Mədətov
Finss.az