Azərbaycan Mərkəzi Bankı (AMB) “Greentek Group” MMC-nin fəaliyyətini müvəqqəti məhdudlaşdırıb.
Finss.az xəbər verir ki, tənzimləyici qurum MMC-də aparılan plandankənar yoxlama zamanı istifadəçilərin ödəniş hesablarının qanunvericiliyə uyğun açılmadığını və internet resurslar vasitəsilə aparılan qanunsuz fəaliyyətlərin qarşısının alınmasında xətaların olduğunu müəyyən edib.
Buna əsasən, “Mərkəzi Bank haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunların müvafiq maddələrinə istinad edilərək, MMC-yə verilmiş lisenziya çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) müvəqqəti dayandırılması barədə göstəriş verilib.
Fuad Mədətov
Finss.az