Niderlandın ING bank qrupu Azərbaycanda 2025–2028-ci illər üçün inflyasiya proqnozlarını dərc edib.
Finss.az xəbər verir ki, bankın analitiklərinin hesablamalarına əsasən, 2025-ci ildə inflyasiya illik 5,5 faiz, 2026-cı ildə 5,4 faiz, 2027-ci ildə isə 8,9 faiz səviyyəsində olacaq.
Rüblər üzrə bölgüyə görə, 2025-ci ildə üçüncü rübdə inflyasiya 5%, dördüncü rübdə isə 5,3% təşkil edəcək.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin avqust ayında istehlak qiymətləri indeksi 2024-cü ilin avqustuna nisbətən 104,9% olub. Bu, ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatları üzrə 106,6%, qeyri-ərzaq məhsulları üzrə 102,1%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 104,9% səviyyəsini göstərir.
Yanvar–avqust dövründə isə istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 105,6% təşkil edib.
Fuad Mədətov
Finss.az