2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-bank kredit təşkilatları tərəfindən sənaye və istehsal sektoruna qoyulmuş kreditlərin həcmi 1,6 milyard manat olub.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 10,5 milyon manat və ya 0,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 144,8 milyon manat və ya 9,9% artım nümayiş etdirib.
Hesabat dövründə real sektora kredit qoyuluşu üzrə ümumi kredit portfeli 30,995 milyard manat təşkil edib. Bu da aylıq müqayisədə 208,2 milyon manat və ya 0,7%, illik müqayisədə isə 2,9 milyard manat və ya 10,2% artım deməkdir.
Fuad Mədətov
Finss.az