2025-ci ilin sentyabrın 1-nə Azərbaycan banklarının tikinti sahəsi üzrə biznes kredit portfeli 1,459 milyard manat təşkil edib.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 15,5 milyon manat və ya 1% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 107,3 milyon manat və ya 7,9% artım göstərib.
Məlumata görə, tikinti sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin avqustun 1-nə 1,475 milyard manat, 2024-cü ilin sentyabrın 1-nə isə 1,352 milyard manat təşkil etmişdi.
Qeyd olunur ki, cari ilin sentyabrın 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli 28,705 milyard manat olub ki, bunun 15,092 milyard manatı (52,6%) biznes kreditləri, 9,114 milyard manatı (31,7%) istehlak kreditləri, 4,499 milyard manatı (15,7%) isə ipoteka kreditlərini əhatə edib.
Fuad Mədətov
Finss.az