BANK

09 Oktyabr

Azərbaycan ipoteka bazarında artım tempində azalma müşahidə olunur

İpoteka kreditləşməsində artım tempi zəifləyib.

Finss.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"na görə, son illərdə ipoteka kreditlərinin həcmi ümumilikdə artım nümayiş etdirməsinə baxmayaraq, son dövrlərdə artım tempində azalma müşahidə olunub.

Qeyd edilir ki, 2020-ci ildən etibarən ipoteka kreditlərinin həcmi yüksəlib, lakin 2023-cü ildən etibarən artım tempində zəifləmə baş verib.

Azalmanın səbəbləri həm tələb, həm də təklif amilləri ilə izah olunur. Ev qiymətlərinin yüksək artım tempi və yeni verilən ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin yüksəlməsi ipoteka kreditlərinə olan tələb artımının səngiməsinə səbəb olub. Eyni zamanda İpoteka və Kredit Zəmanət Fondu (İKZF) hesabına verilən kreditlərin limitli olması və bankların maliyyələşmə strukturu onların öz vəsaitləri hesabına kreditləşmə imkanlarını məhdudlaşdırır.

2025-ci ilin ilk yarısında mənzil qiymətlərinin artım tempi və daxili ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin yüksəlməsi əlçatanlıq indeksində azalmaya gətirib çıxarıb.

Fuad Mədətov
Finss.az