Azərbaycan rezidentləri “American Express” kartları ilə əməliyyatlarda kəskin azalma müşahidə olunub.
Finss.az xəbər verir ki, 2025-ci ilin avqust ayının sonuna olan məlumata görə, Azərbaycan rezident maliyyə institutları tərəfindən buraxılmış “American Express” kartları vasitəsilə ümumilikdə 5,8 min əməliyyat aparılıb və əməliyyatların ümumi həcmi 0,7 milyon manat təşkil edib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə rezident kartlarla aparılan əməliyyatların sayı 943,1 min və ya 99,4%, əməliyyatların həcmi isə 24,1 milyon manat və ya 97,2% azalıb.
Eyni zamanda, qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış “American Express” kartları ilə əməliyyatların sayı 0,1 min və ya 14,3%, həcmi isə 0,4 milyon manat və ya 36,4% artıb.
Qeyd edək ki, rezident kartlarla əməliyyatlar ölkə ərazisində fəaliyyət göstərən yerli banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış ödəniş kartlarından istifadə edilməklə həyata keçirilmiş ümumi əməliyyatların həcminə və sayına daxildir.
Fuad Mədətov
Finss.az