BANK

07 Oktyabr

2025–2027-ci illərdə Azərbaycanın ÜDM artımı - ING Group

Niderlandın ING Group maliyyə qrupu proqnozlaşdırır ki, Azərbaycanda real ÜDM artımı 2025-ci ildə 1,5%, 2026-cı ildə isə 2,8% təşkil edəcək. 2024-cü ildə real ÜDM artımı 4,1% olub.

Finss.az xəbər verir ki, Proqnoza əsasən, nominal ÜDM 2025-ci ildə 79,6 milyard dollar, 2026-cı ildə isə 81,3 milyard dollar olacaq. Adambaşına düşən ÜDM 2025-ci ildə 7 631 dollar, 2026-cı ildə isə 7 720 dollar səviyyəsinə çatacaq.

ING Group bildirib ki, artım tempinin zəifləməsi neft və qeyri-neft sektorlarına, o cümlədən nəqliyyat və tikinti sahələrinə təsir edib. Dövlət Statistika Komitəsinin iyul–avqust göstəriciləri sənaye istehsalı və xidmət sektorunda azalma olduğunu göstərir. Hesabatda qeyd olunur ki, uzunmüddətli perspektivdə neft-qaz sektoru artımı məhdudlaşdıran əsas amil olaraq qalır, qeyri-neft sahələri isə dayanıqlılıq nümayiş etdirsə də, ümumi yavaşlamadan təsirlənir.