Azərbaycan banklarının nəqliyyat sahəsi üzrə biznes kredit portfeli 1,62 milyard manata çatıb.
Finss.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, 2025-ci ilin sentyabrın 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsi üzrə biznes kredit portfeli 1,620 milyard manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 19,8 milyon manat və ya 1,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 246,3 milyon manat və ya 17,9% artıb.
2025-ci ilin avqustun 1-nə nəqliyyat sahəsi üzrə kredit portfeli 1,600 milyard manat, ötən ilin sentyabrın 1-nə isə 1,374 milyard manat təşkil etmişdi.
Cari ilin sentyabrın 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli 28,705 milyard manat olub, bu da aylıq müqayisədə 0,7% və ya 206,7 milyon manat artım deməkdir. Kredit portfelinin 52,6%-i (15,092 milyard manat) biznes kreditləri, 31,7%-i (9,114 milyard manat) istehlak kreditləri, 15,7%-i (4,499 milyard manat) ipoteka kreditləri təşkil edib.
Fuad Mədətov
Finss.az