Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşu artıb.
Finss.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, 2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən nəqliyyat və rabitə sektoruna qoyulmuş kreditlərin həcmi 1,923 milyard manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 20,5 milyon manat və ya 1,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 211,9 milyon manat və ya 12,4% artıb.
Hesabat dövründə real sektora kredit portfeli 30,995 milyard manat olub, bu da aylıq müqayisədə 208,2 milyon manat və ya 0,7%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 2,9 milyard manat və ya 10,2% artım deməkdir.
Fuad Mədətov
Finss.az