BANK

09 Oktyabr

İnvestisiya şirkətlərində aktivlər və öhdəliklər azalıb, müştəri aktivləri isə artıb

İnvestisiya şirkətlərinin balans göstəricilərində azalma, müştəri aktivlərində artım müşahidə olunub.

Finss.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, 2025-ci ilin ilk yarısında investisiya şirkətlərinin aktivləri 23% azalaraq 140 milyon manat, öhdəlikləri isə 33% azalaraq 86 milyon manat təşkil edib. Azalmanı əsasən yüklü maliyyə aktivlərinin (repo/əks-repo əməliyyatları) həcminin azalması şərtləndirib.

Dövr ərzində investisiya şirkətlərinin müştəri aktivləri 23% artaraq 2.4 milyard manata çatıb. Bu artımda əsas drayver xarici bazarda broker xidmətləri üzrə müştəri aktivlərinin 31% artaraq 2.1 milyard manat təşkil etməsi olub.

İnvestisiya şirkətlərinin xalis mənfəəti 67% azalaraq 1.5 milyon manat olub, azalmanı isə artan haqq və komissiya, əmək haqqı və sosial xərclər, habelə inzibati xərclər şərtləndirib.

Sektor üzrə məcmu kapital 52.8 milyon manat, tələb olunan kapital isə 7.4 milyon manat təşkil edib, bu isə investisiya şirkətlərinin kifayət qədər kapital buferinə malik olduğunu göstərir.

Fuad Mədətov
Finss.az