Azərbaycanda pul kütləsi 2025-ci ilin sentyabrında artıb.
Finss.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, 2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 47,767 milyard manat təşkil edib. Bu, aylıq müqayisədə 86,6 milyon manat və ya 0,2%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 2,7 milyard manat və ya 6,1% çoxdur.
Bundan başqa, manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 36,806 milyard manat təşkil edib, aylıq göstəriciyə nisbətən 144 milyon manat və ya 0,4%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,5 milyard manat və ya 4,3% artıb.
Həmçinin, hesabat dövründə M1 pul aqreqatı 29,127 milyard manat olub, aylıq müqayisədə 105 milyon manat və ya 0,4%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 820 milyon manat və ya 2,9% çox olub.
Eyni zamanda, banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 16,829 milyard manat təşkil edib, aylıq müqayisədə 171 milyon manat və ya 1%, ötən ilin eyni dövrünə nisbətən isə 932 milyon manat və ya 5,9% artıb.
Fuad Mədətov
Finss.az