Bank sektorunda dedollarslaşma trendləri davam edir.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin ilk yarısında bank sektoru üzrə kredit portfelinin dollarlaşması 1,5 faiz bəndi azalaraq 14,6%-ə düşüb, bu isə tarixi minimum göstərici sayılır.
Bildirilib ki, depozit portfeli üzrə dollarlaşma artım göstərsə də, bu artım əsasən hüquqi şəxslərin tələbli depozitləri hesabına formalaşıb.
Qeyd olunub ki, 2024-cü ilin sonu ilə müqayisədə depozit portfelində dollarlaşma 3,3 faiz bəndi artaraq 40,8%-ə çatıb.
Fuad Mədətov
Finss.az