2025-ci ilin avqust ayında Real Vaxt Rejimində Hesablaşmalar (AZIPS) sistemində həyata keçirilmiş maliyə əməliyyatlarının həcmi 68,3 milyard manat, kəmiyyət baxımından isə 360,9 min ədəd olub.
Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni ayı ilə müqayisədə əməliyyatların həcmi 13,9 milyard manat və 25,6% artıb, kəmiyyət baxımından isə 71,5 min ədəd və ya 24,7% yüksəlib.
Qeyd edək ki, 2024-cü ilin avqust ayında AZIPS vasitəsilə həyata keçirilmiş maliyə əməliyyatlarının ümumi həcmi 54,4 milyard manat, kəmiyyət baxımından isə 289,4 min ədəd olub.
Fuad Mədətov
Finss.az