BANK

08 Oktyabr

Azərbaycandan Portuqaliyaya pul köçürmələri 52,9% artıb

2025-ci ilin ilk altı ayında fiziki şəxslərin Azərbaycandan Portuqaliyaya etdiyi pul köçürmələrinin həcmi 789 min ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 273 min dollar və ya 52,9% çoxdur. Hesabat dövrü ərzində Azərbaycandan ölkə xaricinə edilən pul köçürmələrinin ümumi həcmində Portuqaliyanın payı 0,3% təşkil edib. Qeyd olunur ki, 2024-cü ilin ilk yarısında Portuqaliyaya pul köçürmələrinin həcmi 516 min dollar olub.

Bundan əlavə, 2025-ci ilin ilk altı ayında fiziki şəxslərin ölkə xaricinə ümumilikdə etdiyi pul köçürmələrin həcmi 238,2 milyon dollar, ölkə xaricindən Azərbaycana edilən köçürmələrin həcmi isə 533,957 milyon dollar təşkil edib. Bu göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 21,4 milyon dollar (8,2%) və 33,847 milyon dollar (6%) azalıb.

Fuad Mədətov
Finss.az