2025-ci ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,38 bənd təşkil edib.
Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, aylıq müqayisədə 0,01 bənd və ya 0,3% azalma, illik müqayisədə isə 0,06 bənd və ya 1,7% azalma qeydə alınıb.
Belə ki, 2025-ci ilin avqustun 1-nə manatın dövretmə sürəti 3,39 bənd, 2024-cü ilin sentyabrın 1-nə isə 3,44 bənd olub.
Qeyd olunur ki, AMB-nin statistikasına görə, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvarında 2,68 bənd, ən yüksək həddi isə 2005-ci ildə 15,72 bənd olub.
Fuad Mədətov
Finss.az