Oktyabrın 2-də Mərkəzi Bankın sədri Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyevi qəbul edib.
Finss.az xəbər verir ki, görüş zamanı Zakir Nuriyevin 65 illik yubileyi münasibətilə təbriklər çatdırılıb, uzun müddət bank rəhbəri, eləcə də ABA-nın prezidenti kimi bank sektorunun dayanıqlılığının artırılması istiqamətində fəaliyyəti və sektora verdiyi töhfələr yüksək qiymətləndirilib.
Mərkəzi Bankın sədri qeyd edib ki, Zakir Nuriyevin ABA rəhbəri kimi fəal idarəçiliyi və təşəbbüsləri bank sektorunda əməkdaşlıq əlaqələrinin güclənməsinə, eləcə də sahənin davamlı inkişafında mühüm rol oynayıb.
O, Zakir Nuriyevin fəaliyyəti nəticəsində sektorda qurulan konstruktiv əməkdaşlıq atmosferinin bankçılıq sahəsinin inkişafında əhəmiyyətini xüsusi vurğulayıb. Zakir Nuriyev göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib.
