BANK

30 phrase_var_core.september

Azərbaycanın bank sektorunun aktivləri 12%-dən çox artıb

Azərbaycanın bank sektorunun aktivləri 55,672 milyard manat olub.

Finss.az xəbər verir ki, bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 55,672 milyard manat təşkil edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 milyard manat və ya 12,3% çoxdur.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 12,3% artaraq 48,595 milyard manata çatıb. Depozit portfeli 4,3% artaraq 36,517 milyard manat olub.

Kredit portfelinin strukturu:

  • Biznes kreditləri – 52,6% (15,091 milyard manat)

  • İstehlak kreditləri – 31,7% (9,114 milyard manat)

  • İpoteka kreditləri – 15,7% (4,498 milyard manat)

Bankların öhdəliklərinin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75,1%-i (36,517 milyard manat). Depozitlərin 58,7%-i (21,431 milyard manat) hüquqi şəxslərə, 41,3%-i (15,086 milyard manat) fiziki şəxslərə aiddir (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla).

Fiziki şəxslərin əmanətlərinin 67,3%-i (10,149 milyard manat) milli valyutada, 32,7%-i (4,936 milyard manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63,4%-i (9,560 milyard manat) müddətli əmanətlərdən ibarətdir. Müddətli əmanətlər avqust ayında 0,4% və ya 40,9 milyon manat artıb.

Fuad Mədətov
Finss.az