BANK

30 phrase_var_core.september

Azərbaycanda banklar “yaşıl layihələr” üçün 300 milyon manat kredit ayırıblar

Azərbaycan bankları indiyədək “yaşıl layihələr” üçün 300 milyon manat kredit ayırıblar.

Finss.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) açıqlayıb.

O bildirib ki, bank sektoru 2030-cu ilə qədər 2 milyard manatlıq könüllü öhdəlik götürüb və bu öhdəlik COP29 tədbirində elan edilib. Şahin Mahmudzadə əlavə edib:

"Bu öhdəlik Azərbaycan üzrə yaşıl keçid layihələrini dəstəkləyir və bankların bərpa olunan enerji, dayanıqlı infrastruktur və digər layihələrə vəsait ayırmaq niyyətini nümayiş etdirir. Ən son məlumatlara görə, elanından sonra yerli banklar təxminən 13,000 kredit, yəni təxminən 300 milyon manat ayırıblar".

AMB baş direktorunun sözlərinə görə, yaşıl keçid mürəkkəb və uzunmüddətli bir yolculuqdur, lakin indiyədək yaradılan dinamika uzunmüddətli təsir göstərəcək. O qeyd edib ki, bu tədbir və həyata keçirilən təşəbbüslər iqlim maliyyəsinin sürətləndirilməsi və daha yaşıl, firavan Azərbaycan yaratmaq üçün katalizator olacaq.