BANK

01 Oktyabr

Latviya Azərbaycan iqtisadiyyatına investisiyaları kəskin artırıb

2025-ci ilin ilk altı ayı ərzində Latviyadan Azərbaycana qoyulan birbaşa xarici investisiyaların həcmi 6,744 milyon ABŞ dolları təşkil edib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,905 milyon dollar və ya 3,7 dəfə artım deməkdir. Hesabat dövründə Latviyanın Azərbaycan iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların ümumi həcminə payı 0,2% olub.

Müqayisə üçün qeyd olunur ki, 2024-cü ilin ilk altı ayında Latviyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 1,839 milyon dollar olub.

Qeyd edilir ki, 2025-ci ilin ilk altı ayında Azərbaycanın iqtisadiyyatına qoyulan ümumi birbaşa xarici investisiyaların həcmi 3,222 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 244,295 milyon dollar və ya 8,2% artım deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycanın xarici ölkələrin iqtisadiyyatlarına yönəltdiyi birbaşa xarici investisiyaların həcmi 1,350 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin ilk altı ayı ilə müqayisədə 351,561 milyon dollar və ya 35,2% artım deməkdir.

Fuad Mədətov
Finss.az