BANK

01 Oktyabr

Özbəkistandan Azərbaycana pul köçürmələrinin həcmi artıb

2025-ci ilin ilk yarısında Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,7 milyon ABŞ dolları təşkil edib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 400 min ABŞ dolları və ya 15,1% azalma deməkdir. Hesabat dövründə Özbəkistanın Azərbaycanın xaricə göndərdiyi pul köçürmələrinin ümumi həcminə payı 0,7% olub.

Eyni dövrdə Özbəkistandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,9 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk yarısı ilə müqayisədə 1,2 milyon ABŞ dolları və ya 25% artım deməkdir. Xaricdən Azərbaycana daxil olan ümumi pul köçürmələrində Özbəkistanın payı 1,1% olub.

2025-ci ilin ilk 6 ayında Azərbaycandan xaricə fiziki şəxslərin pul köçürmələrinin ümumi həcmi 238,180 milyon ABŞ dolları olub ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2% azalma göstərir.

Fuad Mədətov
Finss.az