2025-ci ilin ilk 6 ayında Fransanın Azərbaycan iqtisadiyyatına cəlb etdiyi birbaşa xarici investisiyaların həcmi 60,473 milyon ABŞ dolları olub.
Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 53,433 milyon dollar və ya 8,6 dəfə çoxdur. Həmin dövrdə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Fransadan yatırılan investisiyaların payı 1,9% təşkil edib.
Eyni zamanda, Azərbaycan cari ilin ilk 6 ayında Fransa iqtisadiyyatına 11,785 milyon dollar sərmayə yatırıb, ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,007 milyon dollar və ya 20,3% azdır. Birbaşa xarici investisiyaların ümumi həcmində Fransaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,9% təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk yarısında Azərbaycana yönəldilmiş birbaşa xarici investisiyalar 3,222 milyard dolları ötüb və bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 244,295 milyon dollar və ya 8,2% artım deməkdir. Hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyalar isə 1,350 milyard dollar olub ki, bu da 2024-cü ilin ilk 6 ayına nisbətən 351,561 milyon dollar və ya 35,2% çoxdur.
Fuad Mədətov
Finss.az