Finss.az - "Pasha Bank" bütün biznes sahələri üçün onlayn biznes krediti təqdim edir. Kredit hesabınıza cəmi 2 saat ərzində köçürülür və girovsuzdur. Müraciət prosesi tamamilə onlayndır və hesab açmadan həyata keçirilir.
Biznes kreditinə müraciət etmək üçün yalnız 3 addımı yerinə yetirmək kifayətdir: ərizə üzrə məlumatları daxil edib tələb olunan sənədləri yükləmək, ərizəni göndərmək və 1 iş günü ərzində bank qərarını əldə etmək, daha sonra müqaviləni onlayn imzalayıb vəsaiti eyni gündə əldə etmək.
Kredit üçün tələb olunan sənədlər və şərtlərə cari bank hesablarından çıxarış, ASAN İmza, hüquqi şəxslər üçün şəxsi hesab vərəqəsi, dövlət reyestrindən çıxarış və təsisçilərin zaminliyi daxildir. Krediti əldə etmək üçün şirkətin cari biznesdə ən az 1 il fəaliyyət göstərməsi və müsbət kredit tarixçəsi tələb olunur.
Kredit AZN valyutasında verilir, məbləği 5,000 AZN-dən 250,000 AZN-dək, müddəti isə 3 aydan 24 aya qədərdir. İllik faiz dərəcəsi 13%-dən 18%-ə, birdəfəlik komissiya isə 1%-dən başlayır. Ödəniş annuitet qaydası ilə hər ay bərabər hissələrdə həyata keçirilir. Kredit vaxtından əvvəl bağlanarsa, artıq ödənilmiş məbləğin 5%-i həcmində cərimə tətbiq olunur. Gecikmə üzrə faiz isə illik faiz dərəcəsinə 15% əlavə edilməklə hesablanır.
Müsbət qərarın qüvvədə olma müddəti 14 təqvim günü ərzindədir.