Bugünədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 54 984 borcalana 3,568 milyard manat kredit verilib.
Bu barədə Finss.az İKZF-yə istinadən xəbər verir.
Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 581 milyon manata bərabər olub.
7 751 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.
Fuad Mədətov
Finss.az