2025-ci ilin iyulun 1-nə Azərbaycanda banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 15,437 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əmanətlərin həcmi iyunun 1-i ilə müqayisədə 374 milyon manat və ya 2,5%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1,2 milyard manat və ya 8,8% artıb.
Əmanətlərin 10,444 milyard manatı milli valyuta ilə, 4,993 milyard manatı isə xarici valyutada yerləşdirilib.
Milli valyuta ilə əmanətlər iyunun 1-i ilə müqayisədə 308 milyon manat (3%), illik əsasda isə 1,074 milyard manat (11,5%) artıb. Xarici valyuta ilə əmanətlər isə iyunun 1-i ilə müqayisədə 66 milyon manat (1,3%), illik müqayisədə isə 182 milyon manat (3,8%) artıb.
Fuad Mədətov
Finss.az