BANK

30 İyul

Azərbaycanda kredit kartı ilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi 25% artıb

2025-ci ilin iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz bəndi artaraq 25% təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, məişət avadanlıqlarının alınması üçün verilən istehlak kreditlərinin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 26%, yaşayış sahəsinin təmiri ilə bağlı kreditlərin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 17%, avtomobil kreditlərinin orta faiz dərəcəsi isə 1 faiz bəndi artaraq 12% olub. Digər istehlak kreditlərinin orta faiz dərəcəsi isə illik müqayisədə 2 faiz bəndi artaraq 21%-ə çatıb.

Bundan başqa, cari ilin yanvar-iyun aylarında bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi istehlak kreditlərinin orta faiz dərəcəsi 35% səviyyəsində olub.

Fuad Mədətov
Finss.az