BANK

30 İyul

Azərbaycanda orta sahibkarlıq subyektlərinə kredit qoyuluşu artıb

2025-ci ilin iyun ayının sonuna Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,930 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici may ayının sonu ilə müqayisədə 11,4 milyon manat və ya 0,6% artım göstərib. Mayın sonunda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,919 milyard manat idi.

Cari ilin iyun sonuna Azərbaycan banklarının biznes kredit portfelinin həcmi isə 15,144 milyard manat təşkil edib.

Qeyd edilir ki, 1 iyul 2025-ci il tarixinə ölkədə fəaliyyət göstərən orta sahibkarlıq subyektlərinin sayı 4 min 259 ədəddir və bu, kommersiya təşkilatlarının ümumi sayının 2,1%-ni təşkil edir. Orta sahibkarlıq subyektlərinin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (35,5%), “Tikinti” (14,2%), “Emal sənayesi” (11,1%) və “Peşə, elmi və texniki fəaliyyət” (5,1%) sahələrində fəaliyyət göstərir.

Fuad Mədətov
Finss.az