Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank rəhbərləri ilə görüş keçirib.
Finss.az-ın məlumatına görə, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.
Taleh Kazımov bildirib ki, Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bank rəhbərləri ilə görüş baş tutub. Görüşdə cari ilin birinci yarısında bank sektorunun fəaliyyət göstəriciləri və inkişaf meyilləri ətraflı müzakirə olunub.
“Həmçinin bank rəhbərləri ilə qarşıdakı dövr üçün strateji prioritetlər və sektorun gündəmində olan digər mühüm məsələlər üzrə fikir mübadiləsi etdik”, – AMB sədri qeyd edib.
Fuad Mədətov
Finss.az


