2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan banklarının xalis mənfəəti 576,6 milyon manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən bildirir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 37,4 milyon manat və ya 6,1% azalıb.
Bankların əməliyyat mənfəəti 881 milyon manat olub ki, bu da illik müqayisədə 5,5 milyon manat və ya 0,6% artım deməkdir.
Hesabat dövründə banklar 134,1 milyon manat mənfəət vergisi ödəyib, bu isə ötən ilin analoji dövrünə nisbətən 10 milyon manat və ya 8% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin birinci yarısında bankların xalis mənfəəti 614 milyon manat, əməliyyat mənfəəti 875,5 milyon manat, mənfəət vergisi isə 124,1 milyon manat təşkil edib.
Fuad Mədətov
Finss.az