2025-ci ilin 1 iyul tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri və Azərbaycan Mərkəzi Bankının ehtiyatları birlikdə) 77 milyard 669,5 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% və ya 7 milyard 931,3 milyon dollar çoxdur.
Finss.az xəbər verir ki, hesabat dövründə ölkənin xarici dövlət borcu 5 milyard 10,7 milyon ABŞ dollarına (8 milyard 518,19 milyon manat) bərabər olub. Bu göstərici 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6%-nə uyğundur.
Beləliklə, 2025-ci ilin ortasına Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 15,5 dəfə üstələyib. Müqayisə üçün qeyd edək ki, bu nisbət 2023-cü ildə 10,5 dəfə, 2024-cü ildə isə 13,9 dəfə olub.
Fuad Mədətov
Finss.az