BANK

23 İyul

AMB sədri neft və qazın qiymətinə dair proqnozlarını açıqlayıb

2025-ci ilin sonuna Azərbaycan neftinin bir barelinin orta qiyməti 68,6 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, gələn il qazın ixrac qiyməti min kubmetr üçün 299 dollar səviyyəsində gözlənilir. 2026-cı ilə gəldikdə isə AMB neftin orta qiymətinin 64,6 dollar, qazın isə 290 dollar olacağını proqnozlaşdırır.

Fuad Mədətov
Finss.az