2025-ci ilin iyun ayında Azərbaycanda illik inflyasiya 6% təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ən çox qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarında (7%), ödənişli xidmətlərdə (7.2%), qeyri-qida məhsullarında isə 2.8% səviyyəsində qeydə alınıb. Baza inflyasiya isə 4.8% olub.
İllik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir və 2025-2026-cı illərdə hədəf diapazonu daxilində qalacağı gözlənilir.
Fuad Mədətov
Finss.az