Finss.az - Asiya İnkişaf Bankı (AİB) 2025–2029-cu illər üzrə Azərbaycanla yeni tərəfdaşlıq strategiyasını açıqlayıb.
Yeni strategiya çərçivəsində AİB-in yatırımları selektiv və innovativ xarakter daşıyacaq, əsas diqqət isə qeyri-neft sektorunda iqtisadi artıma və özəl sektorun inkişafına yönələcək.
Bank bildirir ki, bu strategiya iki əsas istiqamətdə həyata keçiriləcək:
-
Yaşıl və şaxələndirilmiş iqtisadiyyatın qurulmasına dəstək
-
Aşağı karbonlu əlaqəliliyin və inklüziv inkişafın təşviqi
AİB həmçinin dövlət qurumları, tərəfdaşlar və investorlarla birgə çalışaraq iqtisadi cəhətdən səmərəli və nəticəyönümlü həllərin hazırlanmasında analitik və konsultativ dəstək göstərəcək.
Sektorlararası dəstək tədbirləri də nəzərdə tutulur. Bunlara özəl sektorun gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizə, fəlakət risklərinin idarə olunması, gender bərabərliyi və rəqəmsal keçidin sürətləndirilməsi daxildir.
Strategiya AİB-2030 sənədinin prioritetləri və regional qeyri-sabitlikləri nəzərə alaraq çevik yanaşma ilə formalaşdırılıb və Azərbaycanın biliklərə əsaslanan, innovativ və ekoloji iqtisadiyyata keçidinə dəstək verməyə hədəflənib.