Finss.az - 2025-ci il iyunun 1-nə olan məlumata əsasən, Azərbaycanda banklar tərəfindən manatla cəlb edilmiş müddətli depozit və əmanətlər üzrə orta illik faiz dərəcəsi 8,87% təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Statistikaya əsasən, hüquqi şəxslərin manatla yerləşdirdiyi depozitlər üzrə orta faiz dərəcəsi 7,11%, fiziki şəxslər üzrə isə 10,21% olub. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,94 və 0,90 faiz bəndi artımla müşahidə olunub.
Cari ilin yanvar-may ayları ərzində banklar depozit və əmanət sahiblərinə ümumilikdə 498,6 milyon manat məbləğində faiz ödəyiblər.
Eyni zamanda, 2025-ci il iyunun 1-nə banklarda hüquqi və fiziki şəxslərin (maliyyə institutları istisna olmaqla) depozitlərinin ümumi həcmi 38 milyard 179,3 milyon manata çatıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artım deməkdir.
Mütəxəssislər depozit faizlərindəki artımı inflyasiya gözləntiləri və banklararası rəqabətin güclənməsi ilə əlaqələndirirlər.