BANK

07 İyul

“American Express” kartları ilə əməliyyatlar azalıb

2025-ci ilin may ayının sonuna olan statistikaya əsasən, Azərbaycanda rezident maliyyə institutları tərəfindən emissiya olunan “American Express” kartları vasitəsilə həyata keçirilən əməliyyatların sayı və həcmi azalıb.

Finss.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim olunub.

Məlumata görə, may ayında “American Express” kartları ilə 7,6 min ədəd əməliyyat icra olunub ki, bu da aprel ayı ilə müqayisədə 1,5 min ədəd və ya 16,5% azalma deməkdir. Həmin dövrdə kartlarla ümumi əməliyyat həcmi isə 900 min manat təşkil edib. Bu da aylıq müqayisədə 200 min manat və ya 18,2% azalma deməkdir.

Xatırladaq ki, aprel ayında bu kartlarla 9,1 min əməliyyat həyata keçirilmiş, əməliyyatların ümumi həcmi isə 1,1 milyon manat olmuşdu.

Qeyd edək ki, bu statistika yalnız Azərbaycanın rezident maliyyə institutlarının (yerli banklar və maliyyə qurumları) emissiya etdiyi ödəniş kartları əsasında aparılan əməliyyatları əhatə edir.

Fuad Mədətov
Finss.az