BANK

30 İyun

"Prior Credit BOKT" 2024-cü ili 117 min manat mənfəətlə bağlayıb

Finss.az - "Prior Credit Bank Olmayan Kredit Təşkilatı" ASC 2024-cü ili 117 min manat xalis mənfəət ilə başa vurub.

Bu, əvvəlki ilki 104 min manatlıq mənfəətlə müqayisədə artım deməkdir.

Təşkilatın faiz gəlirləri də 2023-cü ilin 541 min manatından 2024-cü ildə 599 min manata yüksəlib. Digər gəlirlər isə 3 mindən 6 min manata çataraq iki dəfə artıb.

Kredit portfeli isə 29% artaraq 2023-cü ilin sonundakı 2 milyon 847 min manatdan 3 milyon 671 min manata yüksəlib. Bu artım müştərilərə verilmiş kreditlərin genişləndiyini göstərir.

"Prior Credit BOKT" ASC 2020-ci ilin sentyabr ayında Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılıb və hazırda nağd pul və biznes kreditləri təklif edir.