BANK

24 İyun

Azərbaycanda bankların kredit portfeli 14% artıb

2025-ci ilin əvvəlindən etibarən bank sektorunda həm aktivlərin həcmi, həm də onların artım tempi əvvəlki illə müqayisədə yüksəlib.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” forumunda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, 2024-cü illə müqayisədə aktivlərin artım sürəti də yüksəlib. Bundan əlavə, bankların kredit portfelinin həcmi də son 12 ay ərzində 14% artaraq 28,1 milyard manata çatıb.

Fuad Mədətov
Finss.az