Ölkədə rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi fonunda ödəniş kartları vasitəsilə həyata keçirilən nağdsız əməliyyatların həcmi artmaqda davam edir.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin ilk 4 ayı ərzində ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatların 67%-i nağdsız formada həyata keçirilib. Eyni dövrdə elektron ticarət dövriyyəsi isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 1,4 dəfə artıb.
Fuad Mədətov
Finss.az