BANK

23 İyun

Kredit bürolarının rəqəmsal maliyyə sistemlərində rolu artır

Finss.az – Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransında Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev kredit bürolarının rəqəmsal maliyyə sistemlərində rolunun getdikcə artdığını bildirib.

Toğrul Əliyev çıxışında vurğulayıb ki, maliyyə xidmətlərinin məsafədən göstərilməsi şəraitində kredit büroları identifikasiya və autentifikasiya proseslərində, həmçinin rəqəmsal uyğunluq tədbirlərində aparıcı mövqe tutur. Onların real vaxt rejimində şəxsiyyətin təsdiqi və maliyyə analizlərini təmin etməklə xidmətlərin çevikliyini artırması önəmlidir.

“Sistemin davamlı inkişafı və müasir texnologiyaların tətbiqi ilə kredit büroları həm vətəndaşların maliyyə imkanlarına daha şəffaf çıxışını təmin edir, həm də kredit bazarında informasiya assimetriyasını azaldaraq məsuliyyətli kreditləşməni təşviq edir,” – deyə Mərkəzi Bank rəsmisi əlavə edib.

Konfransda həmçinin kredit bürolarının rəqəmsal ticarət, icarə ödənişləri və kommunal xidmətlər kimi alternativ məlumat mənbələri ilə əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub.