Kapital Bank "Yaşıl Kredit" məhsulu ilə ekoloji layihələrin maliyyələşdirilməsini təklif edir.
Finss.az xəbər verir ki, bu kreditlə yaşıl iqtisadiyyatın inkişafına töhfə verilir, təbiətdən səmərəli istifadə edilərək daha sağlam və dayanıqlı gələcək qurulması məqsəd qoyulur.
"Yaşıl Kredit"in üstünlükləri arasında resurslara qənaət, 3 iş günü ərzində kreditin verilməsi, fərdi yanaşma və kreditin təminatı, faiz dərəcəsi və komissiya haqqına rahat şərtlərlə fərdi yanaşma yer alır.
Kreditin uyğun olduğu seqmentlər aşağıdakılardır:
- Bərpa olunan enerji
- Enerji səmərəliliyi
- Su resurslarının dayanıqlı idarə edilməsi
- Çirklənmənin qarşısının alınması və nəzarət
- Yaşıl nəqliyyat
- Dayanıqlı kənd təsərrüfatı, fermer təsərrüfatı və akvakultura
- Biomüxtəliflik və mühafizə
- Dairəvi iqtisadiyyat və tullantıların idarə olunması
- Yaşıl binalar və dayanıqlı inşaat
- Yaşıl xidmətlər
Bu məhsul sayəsində Kapital Bank ekoloji yönümlü layihələrə maliyyə dəstəyi verərək yaşıl iqtisadiyyatın inkişafını dəstəkləyir.
Ətraflı məlumat üçün: //birbank.business/kreditler/biznes-kreditleri/yasil-kredit?id=6
Fuad Mədətov
Finss.az